2013-cü ilin dövlət büdcəsinin müzakirəsinə start verildi
Samir Şərifov: “Dövlət büdcəsinin proqnozları 100 faiz icra olunacaq”
6 Noyabr 2012 17:22 İqtisadiyyatNoyabrın 6-da Milli Məclisin 5 komitəsinin birgə keçirilən iclasında 2013-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanıb. Büdcə layihəsini təqdim edən maliyyə naziri Samir Şərifov bildirib ki, sənəd hazırlanarkən 2012-ci ilin 8 aylıq məlumatlarının təhlili aparılıb. Nazir qeyd edib ki, 2013-cü ildə gəlirlər bu ilin proqnoz göstəricilərini 2,116 milyard manat, yaxud 12,4 faiz, 2011-ci ilin faktiki göstəriciləri ilə müqayisədə 3,453 milyard manat, yaxud 22 faiz üstələyəcək. 2013-cü ildə xərclər 2012-ci illə müqayisədə 12,1 faiz, 2011-ci illə müqayisədə 28,7 faiz artacaq. Büdcə kəsiri ÜDM-in 1,1 faizi- 656 milyon manat səviyyəsində olacaq. 19 milyardlıq büdcənin 11 milyard manatı Neft Fondundan götürüləcək. Gələn il büdcə gəlirləri üzrə 12,4 faizlik, xərcləri üzrə 12,1, kəsir üzrə isə 3,5 faizlik artım gözlənilir. Büdcə gəlirlərinin strukturunda 11 350 mln. manat və ya 59,3 faiz Dövlət Neft Fondundan daxilolmalar, 6 400 mln. manat və ya 33,4 faiz Vergilər Nazirliyi üzrə daxilolmalar, 1 380 mln. manat və ya 7,2 faiz Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar, 5 mln. manat dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar və 19 mln. manat sair daxilolmaların payına düşür. Vergilər Nazirliyinin xətti ilə daxilolmaların 3 760 mln. manat və ya 58,8 faiz qeyri-neft sektorunun payına düşür. Vergi daxilolmalarının həcmi 2012-ci ilin proqnozuna nisbətən 8,3 faiz çox nəzərdə tutulub. Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların isə 2012-ci ilin proqnozuna nisbətən 15 faiz artıq olacağı gözlənilir. İcmal büdcəsinin gəlirlərinin tərkibində 19 154 mln. manat dövlət büdcəsi, 11 818,8 mln. manat Dövlət Neft Fondu, 2 632,7 mln. manat Dövlət Sosial Müdafiə Fondu, 332,7 mln. manat isə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirlərinin payına düşür. İcmal büdcəsinin xərclərinin strukturunda isə 19 810 mln. manat dövlət büdcəsi, 13 599,3 mln. manat Dövlət Neft Fondu, 2 632,7 mln. manat Dövlət Sosial Müdafiə Fondu, 332,7 mln. manat Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərclərinin, 1 300 mln. manat isə xarici kreditlər hesabına maliyyələşən layihələr üzrə xərclərdir. Onun sözlərinə görə, növbəti ilin büdcəsində investisiya, tikinti xərcləri digər xərcləri üstələyəcək. 2013-cü ilin büdcəsində ümumi dövlət xərcləri 1 802,038 min manat proqnozlaşdırılıb. Növbəti ildə elm xərcləri 129 099,9 min manat, müdafiə xərcləri 1 528 582,6 min manat, təhsil xərcləri 1 530 365,7 min manat, səhiyyə xərcləri 666 276,4 min manat nəzərdə tutulub. Sosial müdafiə və sosial təminata isə 1 813 581,5 min manat yönəldilməsi qərarlaşdırılıb. 2013-cü ilin büdcə layihəsində diqqəti çəkən rəqəmlərdən biri də dövlət əsaslı vəsait qoyuluşuna nəzərdə tutulan xərclərin həcmidir. Bu xərc maddəsi üzrə nə az nə çox, 6 912 200,0 min manat, eyni zamanda sənaye və tikinti xərclərinə 6 934 233,4 min manat ayrılması proqnozlaşdırılıb. Qeyd edək ki, növbəti il üçün dövlət əsaslı vəsait qoyuluşu 2012-ci illə müqayisədə 114,11 mln manat və ya 19,18 faiz, 2011-ci ilin faktiki icrasına nisbətən isə 1063,6 mln. manat, 18,2 faiz çoxdur.Nazir bildirib ki, büdcənin mədaxil hissəsi 100 faiz icra olunacaq. İclasda çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə 2013-cü il dövlət büdcəsi haqqında danışarkən bildirib ki, bu büdcə bütün parametrlərə cavab verib. "Nəticələr göstərir ki, 2012-ci ildə ölkəmiz inkişaf edir. Son on ildə Azərbaycan büdcəsi 1 milyarddan 20 milyarda qədər artıb".
Hesablama Palatasının sədri Heydər Əsədov bildirib ki, büdcə layihəsi iri artımla tərtib edilib. Büdcədəki qrtın ölkə əhalisinin rifahının artmasına xidmət edəcək. Gələn ilin büdcəsində ilk dəfə olaraq yerli xərclər artırılacaq, dövlət borclarının qaytarılması təmin ediləcək. Milli Məclisin iqaisadi siyasıt komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, büdcə layihəsi "Büdcə sistemi haqında" qanuna uyğun hazırlanıb. İlkin proqnoz göstərir ki, 2012-ci ildə ğlkə iqtisadiyyatı dinamik inkişaf edib. Qlobal maliyyə böhranına baxmayaraq Azərbaycanda nəzərdə tutulan bütün layihələrin isrası təmin edilib. Son 10 ildə büdcə 1 milyard dollardan 25 milyarda qədər yüksəlib. Millət vəkili Vahid Əhmədov qeyd edib ki, qeyri -neft sektoru son iki ildə cəmi 0,2 faiz artıb. Bu problemi aradan qaldırmaq məqsədilə elə sahələrə vəsait ayrılmalıdır ki, gəlir götermık mümkün olsun: "Hər il Quba rayonunda 20 min ton alma xarab olur. Yaxşı olardı ki, yerli icra hakimiyyəti orqanlarına səlahiyyət verilsin ki, bu məsulu xaricə çıxarsın, əldə edilən gəlirləri rayonun inkişafına yönəltsin". Onun sözlərinə görə, büdcədə dövlət borcları strukturuna yenidən baxılmalıdır. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qeyd edib ki, ölkədə idxal və ixrac prosesləri stimullaşdırılmalıdır: "Biz xarici ölkələrdən edlə alma növləri alırıq ki, onların genetik kodları dəyişdirilib. Belə məhsulların yalnız xarici görünüşü var. Ona görə, bu məsələlərlə bağlı konkret tədbirlər görülməlidir". Müzakirələrdən sonra dövlət büdcəsi layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.
Alim