Maliyyə naziri: “İcbari tibbi sığorta sahəsində qətiyyətli addımlar atmağın vaxtı çatıb”
6 Noyabr 2012 16:39 İqtisadiyyatAzərbaycanda icbari tibbi sığorta sahəsində qətiyyətli addımlar atmağın vaxtı çatıb. Bunu deyən maliyyə naziri Samir Şərifovun sözlərinə görə, bu, təkcə Maliyyə Nazirliyindən asılı deyil: " Lakin hesab edirəm ki, icbari tibbi sığorta sahəsində daha kəsərli addımlar atmağın vaxtı çatıb". Xatırladaq ki, Azərbaycanda "İcbarı tibbi sığorta haqqında" qanun 1999-cu ildə qəbul edilib, lakin bu sığorta növü hələlik tətbiq edilməyib. Hər il dövlət büdcəsindən vəsait ayrılsa da onun icrası təmin edilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31