Əmanətlərin qaytarılması prosesindəki nöqsanlar…

Samir Şərifov: “…cüzi xarakter daşıyır"

Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan şöbəsinin əmanətçilərinə birdəfəlik fərdi əmanətlərin verilməsi prosesi uğurla həyata keçirilir. Bunu deyən maliyyə naziri Samir Şərifovun sözlərinə görə, bu proses qrafiki qabaqlayır: "Proses hətta bizim gözlədiyimizdən də böyük sürətlə gedir ki, bu da işlərin yaxşı təşkil olunduğunu göstərir. Əlbəttə ki, mövcud prosesdə yerlərdə bu işləri icra edən işçilər, müvəkkil "Kapital Bank"ın əməkdaşları və digərləri tərəfindən müəyyən nöqsanlar ola bilər. Lakin biz nöqsanların kütləvi olması barədə danışa bilmərik, nöqsanlar cüzi xarakter daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31