Neftin ucuzlaşması davam edir

Mayın 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 1,35 dollar və ya 1,4% azalaraq 1 barelə görə 94,78 dollar təşkil edib."APA-ECONOMICS"in məlumatına görə, mayın 14-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,69 dollar və ya 0,6% azalaraq 111,57 dollar olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31