İnvestisiya layihələrinə nəzarət edilmir

"Gələn ilin dövlət büdcəsində investisiya laiyhələri  üçün 10 milyard manata yaxın  vəsait  nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir və demək olar ki, büdcənin yarısı qədərdir. Lakin  buna nəzarət edilməsi  ciddi problemdir". Bunu deyən millət bəkili Vahid Əhmədovun sözlərinə görə, bu pulun xərclənməsinə nəzarət sistemi yoxdur: " Hesab edirəm ki, "Maliyyə nəzarəti haqqında" Qanuna yenidən baxılmalıdır. Bu qədər məbləğ necə bölüşdürülür? Mən belə düşünürəm ki, bizdə belə  bir nəzarət sistemi yoxdur və bunu yaratmaq lazımdır. Yaxşı olardı ki, iri həcmli investisiya layihələri əvvəlcə Milli Məclisdə müzakirə edilsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31