Millət vəkilləri narahatdır

Ərzaq təhlükəsizliyi problemi nə vaxt həll olunacaq?

"2013-cü ilin dövlət büdcəsində  kənd təsərrüfatına ayrılan investisiya xərcləri çox azdır". Bunu deyən millət vəkili, Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, bu il kənd təsərrüfatı  sahəsinə cəmi 470 milyon manat vəsait ayrılıb: " Dövlət başçısı ərzaq təhlükəsizliyi ilə bağlı ciddi tələblər qoyub. Dövlət büdcəsində ümumilikdə 470 milyon manat vəsait ayrılıb. Bu sahədən isə cəmi 27 faiz gəlir götürülür. Belə halda  biz özümüzü ərzaqla necə təmin edəcəyik? Ərzaq təhlükəsizliyi problemi nə vaxta həll olunacaq?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31