“Neftin qiyməti spekulyativ oyunlardan asılıdır”

Gələn ilin dövlət büdcəsində neftin bir barelinin 100 dollar götürülməsi düzgün seçimdir. Bunu deyən Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovun sözlərinə görə, hazərda neftin qiymətini heş bir iqtisadi qanun tənzimləmir: "Hazırda neftin qiymətini tələb və təkliflə bağlamaq düzgün deyil. Yadınıza gəlirsə, 2007-ci ildə neftin bir barreli 50 dollardan 95 dollara qalxdı. Hazırda dünyada neftin qiymətinin tənzimlənməsi spekulyativ oyunlardan asılıdır. Odur ki, neftin qiymətinin bu istiqamətdə müzakirəsi məncə, məqbul deyil".  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31