Gələn il əmanətlərin hamısı qaytarılacaq - AÇIQLAMA
6 Noyabr 2012 15:17 İqtisadiyyat"Gələn lin dövlət büdcəsi bir sıra yeniliklərlə müşahidə olunur. İlk dəfədir ki, dövlət büdcəsi 2 milyard manat artımla tərtib edilib". Bunu deyən Hesablama Palatasının sədri Heydər Əsədovun sözlərinə görə, dövlət büdcəsində nəzərdə tutulan artımlar əhalinin sosial rifahının yüksəlməsinə müsbət təsir göstərəcək: "2013-cü ilin dövlət büdcəsində həmçinin borclanma faizi aşağı düşüb, yəni borcların qaytarılması faizi artıb. Büdcə layihəsində sovet dövründən qalma əmanətlərin qaytarılması üçün 500 milyon manat vəsait ayrılmasının nəzərdə tutulması da büdcənin tərtibində yenilərdəndir. Bu məbləğ əmanətlərin hamısının qaytarılmasına imkan verəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31