İrandan Qərbə adekvat addım
Tehran neft ixracını azaldır
6 Noyabr 2012 15:07 İqtisadiyyatİranın neft naziri Rüstəm Qasımi Qərbin ölkəsinə tətbiq etdiyi sanksiyalara adekvat olaraq Tehranın neft ixracatını yenidən gözdən keçirəcəyini deyib. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, nazirliyin rəsmi internet saytında yer alan açıqlamada Qasimı onu da vurğulayıb ki, İrana qarşı sərtləşən sanksiyalar dünyada neftin qiymətinə ciddi şəkildə təsir göstərəcək. Rüstəm Qasımi bundan daha çox Qərbin zərər çəkəcəyini deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31