Dəmir yolunda 45 keçid bağlandı VIDEO
Məqsəd qatarların təhlükəsiz hərəkətinin təmin olunmasıdır
5 Noyabr 2012 17:26 İqtisadiyyatSon bir neçə ay ərzində qatarla avtobusun toqquşmasına adət etmişik. Qatara yol vermək istəməyən avtobusların sonrakı aqibəti hər kəsə yaxşı bəllidir. Elə bu tip qəzaların baş verməsi səbəbindən nəqliyyat nazirinin əmri ilə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti respublika ərazisində olan dəmir yolu keçid məntəqələrində yoxlamalar aparıb və bu yoxlamalar nəticəsində 45 keçid bağlanıb.Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, hazırda respublika ərazisində 396 keçid var ki, bunlardan 318-i qorunan, 78-i isə qorunmayan keçidlərdir. İşlər davam etdirilir. Məqsəd qatarların təhlükəsiz hərəkətinin təmin olunmasıdır.N.Əzməmmədovun sözlərinə görə, qatarlarla avtobusların toqquşması ilə müşaiət olunan qəzaların səbəbkarı avtobus sürücüləridir. Çünki, onlar dəmir yolu xəttində təyin olunan xəbərdarlıqlara fikir vermirlər. Qeyd edək ki, dəmir yolunda təhlükəsizlik qaydaları "Yol hərəkəti haqqında" qanunun 44-cü maddəsi ilə tənzimlənir.