Bakıda Dəmir Yolları Əməkdaşlıq Təşkilatına 44-cü sessiyası keçirilir

"Azərbaycanda dəmir yolu sahəsində sərnişindaşımada qiymət artımı gözlənilmir".

Bakıda Dəmir Yolları Əməkdaşlıq Təşkilatına (DYƏT) üzv olan ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyası keçirilir. "OLAYLAR"-ın xəbərinə görə, tədbirin birinci və ikinci iş günlərində işçi qruplarının iclasları keçirilib, sessiyanın gündəliyinə çıxarılacaq sənədlərə bir daha baxılıb. Tədbiri giriş sözü ilə açan "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov qonaqları salamladı və sessiyanın gedişi üçün hər cür münbit şəraitin yaradıldığını bildirib. Nazirlər Müşavirəsinin 44-cü sessiyası çərçıvəsində DYƏT-in 60 illik yubileyi də qeyd olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31