ARDNŞ il ərzində 115 min metrdən çox qazma işi görüb

2012-ci ilin oktyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək üəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 8216 metr qazma işi həyata keçirib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 8193 metri istismara aid olub.
Ümumiyyətlə, 2012-ci ilin yanvar-oktyabr aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 115 804 metr qazma işi görülüb ki, bunun da 110 329 metri istismara, 5475 metri kəşfiyyata aid olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31