570 kiloqramdan artıq mal yararsızdır
14 May 2012 17:56 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Xətai rayonunda Babək prospekti, ev 52 C ünvanında yerləşən "Bizim market"də saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir. Yasamal rayonunda İ.Zülalov küçəsi, ev 17, mənzil 2 ünvanında yerləşən "Uğur market"də; Ə.Ələkbərov küçəsi, ev 15A, məhəllə 510, mənzil 36 ünvanında Zöhrab Zeynalova məxsus mağazada; H.Cavid prospekti, ev 10, 522-ci məhəllə, mənzil 29 ünvanındakı "Merkuri market"də; Naxçıvani küçəsi, ev 14 ünvanında yerləşən "Qurman market"də; Xətai rayonunda Q.Yəhya küçəsi, 2935Q ünvanında "Aysu-2008" MMC-yə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir. Yasamal rayonunda M.Muxtarov küçəsi, 13 ünvanında yerləşən "Fidan market"də normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir. Abşeron rayonunda Masazır qəsəbəsi, Masazır şosesində Sevda Səidovaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanmışdır. Ağcabədi rayonunda H.Əliyev prospektində Mirəli Əhmədova məxsus mağazada; Xaçmaz rayonunda Susayqışlaq kəndində Məhəbbət Həbibovaya məxsus mağazada; Tərtər rayonunda Azad Qaraqoyunlu kəndində Elzamin Əliyevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilmişdir. Ümumilikdə, monitorinqlər zamanı 570 kq-dan çox yararsız ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
-