Kənd Təsərrüfatı Nazirliyi işçi axtarır

Kənd Təsərrüfatı Nazirliyi inzibati vəzifələrin beşinci təsnifatına uyğun olan vəzifələrin  tutlması məqsədilə müsahibə élan edib. Bu barədə nazirlikdən "Olaylar"a verilən məlumata görə, müsahibə Aparatın Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsində dənli, texniki, yem bitkiləri və baramaçılıq məhsullarının istehsalı və emalı sektorunun müdiri və beynəlxalq əməkdaşlıq şöbəsi Müstəqil Dövlətlər Birliyi ilə əməkdaşlıq sektorunun müdiri vəzifələri üzrə aparılacaq. Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Kənd Təsərrüfatı Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31