Saxta sement satışının qarşısı alındı

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 6 ünvanında Samir Məhərrəmliyə və Alxan Rzayevə məxsus mağazalarda aparılan yoxlama zamanı mağazalarda satışda olan  "Qaradağ-N" adlı M-400 markalı sementin etiketində çəkinin 401kq göstərildiyi halda, bəzi kisələrin faktiki çəkisinin etiket göstəricisindən 3-7% az olduğu müəyyən edilmişdir.
Qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir. 
Araşdırmalar davam edir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31