ARDNŞ oktyabrda 65 min 101 ton dizel yanacağı ixrac edib

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2012-ci ilin oktyabr ayında 65 min 101 ton dizel yanacağı, 31 min 563 ton təyyarə yanacağı, 419 ton soba mazutu, 31 min 106 ton vakum qazoylu ixrac edib.
Dövlət Neft Hirkətindən "Azadinform"a verilən məlumata görə, ümumilikdə, 2012-ci ilin yanvar-oktyabr ayları ərzində 761 min 281 ton dizel yanacağı, 117 min 360 ton təyyarə yanacağı, 2 min 843 ton soba mazutu, 31 min 106 ton vakum qazoylu ixrac edilib. 2012-ci ilin oktyabr ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) - 1014,36 dollar, təyyarə yanacağının - 1025,58 dollar, dizel yanacağının - 968,32 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 643,55 dollar təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31