Ceyhan limanından 17 milyon 91 min 90 ton xam neft ixrac edilib

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2012-ci ilin oktyabr ayında Novorossiysk limanından 224 min 578 ton, Supsa limanından 161 min 551 ton, Ceyhan limanından 1 milyon 585 min 488 ton xam neft ixrac edib.Dövlət Neft Şirkətindən "Azadinform"a verilən məlumata görə, ümumilikdə yanvar-oktyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 658 min 774 ton, Supsa limanından 2 milyon 338 min 439 ton, Ceyhan limanından isə 17 milyon 91 min 90 ton xam neft ixrac edilib.ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31