Ermənistanda çörəyin qiyməti yenə qalxdı
Hakimiyyət isə "Böyük Ermənistan" yaratmağı düşünür
2 Noyabr 2012 12:07 İqtisadiyyatErmənistanda çörəyin qiyməti yenidən bahalaşıb. Əhalini sakitləşdirməyə çalışan Ermənistanın iqtisadi rəqabətin qorunması dövlət komissiyasının sədri Artak Şaboyan bildirib ki, bahalaşma birbaşa beynəlxalq qiymətlərin qalxması ilə əlaqədardır. Bu da öz növbəsində daxili bazara təsirsiz ötüşməyib. Bir sözlə, yenə də günah xaricdədir. Çörəyin qiymətinə gəlicə, elə həmin Şaboyan deyir ki, bu sahədə kifayət qədər rəqabət gedir.
Çörəyk istehsalı ilə onlarla müəssisə məşğul olur və onlardan heç biri bazarda dominantlıq edə bilmir. Amma yenə də bazarda qiymətlər qalxsa, Şaboyanın sözlərinə görə, onlar dərhal bunun səbəbini araşdıracaqlar. Ermənistan əhalisi üçün bu gün çörək əsas qida məhsuludur və təbii ki, hər hansı yüksəkçinli məmurun izahatları onları qane etmir. Axı qiymətlər günlərlə deyil, saatlarla qalxır, həm də təkcə qalxan çörəyin qiyməti deyil. Pendir, kəsmik, ət və digər ərzaq məhsulları da bahalaşır. Və bu tamamilə xariclə bağlı deyil. Bu gün daha çox erməni düşünür ki, bəlkə bütün bunlarda uydurma Böyük Ermənistan yaratmaq xülyasında olan və Yeni ilin gəlişini qorxu ilə gözləyən xalqını tamamilə düşünməyən hakimiyyət günahkardır. Birdən hakimiyyət yenə də ərzaq məhsullarının qiymətini qaldırar.