Bakıdakı bal sərgisi nə üçün vaxtından əvvəl bağlanıb? VIDEO

Kənd Təsərrüfatı Nazirliyinin paytaxtda təşkil etdiyi sayca 13-cü arıçılıq məhsulları yarmarkası yarımçıq saxlanılıb. Yarmarkanın noyabrın 5-dək davam etdirilməsi nəzərədə tutulsada, onun işinə vaxtından əvvəl nöqtə qoyulub.Gənclik metrostansiyasının yaxınlığındaki şadlıq saraylarından birində baş tutan yarmarkaya gələnləri sarayın qarşısındakı mühafizəçi yarmarkanın bağlanması barədə xəbərdar edir.Yarmarkanın bağlanması satıcıları da dilxor edib. Dediklərinə görə, əllərində yüz kilolarla bal qalmasına rəğmən onları içəri buraxmırlar. Hərçənd ki, bir neçə başqa arıçı şadlıq sarayına buraxılıb və içəridə bal satır.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov deyir ki, satış yarmarkasının bağlanmasına səbəb arıçılıq məhsullarının qurtarmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31