Vətəndaşlar iqtisadiyyatın dövlət bölməsində işləməyə üstünlük verir

2012-ci il mart ayında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin  sayı 1367,4 min nəfər olub ki, onların 846,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 521,0 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, muzdla işləyənlərin 24,5 faizi təhsildə, 19,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4 faizi sənayedə, 9,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,3 faizi tikintidə, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,2 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,9 faizi informasiya və rabitə sahəsində və 14,6 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.  2012-ci ilin mart ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 394,2 manat təşkil edib, yanvar-mart aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 8,7 faiz artaraq 378,9 manat olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31