İstehlaka yararsız mallar məhv edilib
1 Noyabr 2012 16:44 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında apardığı növbəti monitorinqlər zamanı Yasamal rayonu, Şərifzadə küçəsində Meyxanım Bağırovaya məxsus mağazada 8 çeşiddə ümumi çəkisi 30 kq-a yaxın olan saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan mallar aşkarlanmış, satışdan çıxarılaraq məhv edilib.
Bundan başqa, bu mağazada satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
Qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görüləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31