Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb

Oktyabr ayının 30-da Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən Yasamal rayonu, H.Zərdabi prospekti, ev 55, m.99 ünvanda yerləşən, fiziki şəxs Əhmədov Müşfiq Muxtar oğluna məxsus (VÖEN: 1001741302), avtomobil hissələrinin satışı ilə məşğul olan "Maybach" mağazasında əmlakın siyahıya alınması tədbirləri həyata keçirilmişdir. M.Əhmədovun fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən yoxlanılarkən, onun 2011-ci ilin oktyabr ayında 4 min 135,9 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilmişdir. Vergi ödəyicisinə bu ilin iyul ayında borc bildirişi göndərilmiş, sentyabr ayının 5-də isə Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi M.Əhmədova məxsus  əmlakın siyahıya alınması haqqında Qərar çıxarılmışdır. Vergi əməkdaşları onun icarəyə götürdüyü "Maybach" mağazasındakı 4 min 375 manat məbləğində müxtəlif növ maşın hissələrini qanuna müvafiq qaydada siyahıya almışlar.

Həmin gün vergi xidməti əməkdaşları Nərimanov rayonu, Atatürk prospekti, ev 41, m. 47 ünvanda yerləşən, fiziki şəxs Məmmədova Şəfiqə Əliheydər qızına məxsus (VÖEN:1500623902) "Solmaz" şadlıq sarayında da əmlakın siyahıya alınmasını həyata keçirmişlər. Ş.Məmmədovanın fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən araşdırılarkən, onun 2010-ci ilin may ayından sonrakı dövrdə onun 12 min 784,6 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilərək, cari ilin oktyabr ayının 16-da  borclu şəxsə məxsus əmlakın siyahıya alınması haqqında Qərar çıxarılmış, şadlıq sarayının 25 min manat dəyərində olan binası siyahıya alınmışdır 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31