Moskvada çörək qıtlığı

Podmoskovye regionunun mağazalarında çörək qıtlığı yaranıb. "Azadinform" Rusiya mətbuatına istinadən yaydığı xəbərdə göstərib ki, problemin yaxın zamanlarda həll olunması gözlənilmir.
Bu barədə Çörək İstehsalçıları Birliyi məlumat verib. Birliyin məlumatına görə, hazırda regionun çörək istehsalı müəssisələrindən 34-ü ziyanla işləyir. Bu da onunla bağlıdır ki, istehsalçılar artıq iki ildir ki, topdansatış qiymətlərini artırmayıblar. Satış şirkətləri çörəyi baha qiymətə almırlar. Müəssisələr itkilərə görə bank kreditləri də ala bilmirlər. Çörəkçilər mövcud vəziyyətlə bağlı müvafiq strukturlara müraciət göndəriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31