Azərbaycan-Bolqarıstan biznes forumu keçiriləcək

Noyabrın 5-də Bolqarıstan Respublikasının Regionların inkişafı və ictimai işlər naziri Liliyana Pavlovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Bolqarıstan biznes forumu keçiriləcək. Tədbirdə infrastruktur, mühəndislik, elektroenergetika, neft-qaz, tikinti və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edəcək.

Biznes forum çərçivəsində Azərbaycanın biznes və investisiya imkanlarına, Bolqarıstanın iqtisadiyyatına dair təqdimatlar keçiriləcək və sahibkarlar arasında ikitərəfli görüşlər təşkil olunacaqdır.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31