Neft obyektlərimiz hədəfdədir-ŞOK!
31 Oktyabr 2012 11:06 İqtisadiyyat"Hərbi əməliyyatların başlayacağı təqdirdə Ermənistan Azərbaycanın neft obyektlərinə zərbə endirməyə qadirdir. Bu yaxınlarda bitən hərbi təlimlərin gedişində məhz bu ssenari hazırlanıb". Bunu ermənilərin keçirdikəri hərbi təlimlərin nəticəsinə həsr olunmuş mətbuat konfrasında erməni generallardan biri deyib.Elə təssürrat yaranır ki, qoçaq erməni generalı düşünür ki, Azərbaycanın silahları təkcə uşaq sapandından ibarətdir. Xatırladaq ki, Azərbaycan ordusunun malik olduğu və yarı hissəsinin ölkəmizdə istehal edildiyi müasir silahlar hərbi məqsədlər və qüvvələrə qabaqlayıcı zərbə endirmək gücünə qadirdir. Və əgər tezliklə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli tapılmazsa, hərbi ruha köklənmiş general-mayor Artak Davtyan da bunu görəcək.Generalın sərsəm çıxışına heç fikir verməyə dəyməz də. Çünki onlar əsasən daxili istifadə üçün nəzərdə tutulub. Bu gün isə Ermənistan xalqını ölkələri ilə bağlı nə qərar verəcəkləri maraqlandırır: orada qalsınlar, yoxsa miqrasiya etsinlər. Ölkə iqtisadiyyatının vəziyyəti pisləşdikcə, işsizlik də, ərzaq məshullarının qiyməti də artırdıqca, erməni siyasətçiləri və hərbçilərinin çıxışları da bir o qədər sərtləşir. Bununla onlar Ermənistan əhalisinin diqqətini başqa şeylərə yayındırmaq istəyirlər. Hələ son statistik məlumatlara baxsaq, Ermənistan iqtisadiyyatının dünyada 129-cu yerdə olduğunu görərik.