Sement satışının qanunauyğunluğu yoxlanılır

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Hövsan Südçülük sovxozu ünvanında İmran Mürsəlova məxsus mağazada aparılan yoxlama zamanı  mağazada mənşəyi məlum olmayan sement satıldığı, satışda olan "Qaradağ AD" adlı M400 markalı sementin etiketində çəkisinin 50kq±1kq, "Qaradağ H" adlı M300 markalı sementin etiketində isə çəkisinin 40kq±2% göstərildiyi halda, həmin semetlərin bəzi kisələrinin faktiki çəkisinin etiket göstəricisindən 5-10% az olduğu müəyyən edilmişdir.
Qanun pozuntusuna yol vermiş təsərrüfat subyekti barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir.
Araşdırmalar davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31