Paytaxtda ən ucuz mənzillər haradadır? - ARAŞDIRMA

Bakıda satışa çıxarılmış ən ucuz mənzillər Qaradağ, Sabunçu, Xəzər və Binəqədi rayonlarındadır. Milli.Az Day.Az-a istinadən bildirir ki, onların arasında daha ucuz mənzillər və evlər isə Qaradağ rayonundadır. Bu rayonda satışa çıxarılmış ev və mənzillərin orta qiyməti 1 kvadrat metr üçün 580-600 manatdır. Başqa rayonlarda isə qiymətlər 1 kvadrat metr üçün 640 manatdan başlayır. Bakıdakı konsaltinq şirkətlərindən birinin rəhbəri Nüsrət İbrahimovun dediyinə görə, yeni tikilmiş binalardakı mənzillərin qiymətlərinə gəldikdə isə, bu "reytinq"də də Qaradağ rayonu ucuzluğu ilə fərqlənir. Belə ki, Qaradağda yeni inşa edlilmiş yaşayış binalarında mənzili 1 kvadrat metri 440 manatdan satın almaq olar.
Xəzər rayonunda yeni tikilən yaşayış binalarının sayı çox azdır.
Sabunçu və Suraxanı rayonlarında isə belə binalardakı mənzillərin qiyməti 1 kvadrat metr üçün 460 manatdan başlayır.

"Qaradağ rayonunda daşınmaz əmlakın qiymətlərinin ucuz olması bu məkanın sənaye rayonu olması, orada çoxlu sənaye müəssisələrinin yerləşməsi ilə bağlıdır. Ekoloji baxımdan da Qaradağ rayonu Bakının ən əlverişli yerlərindən biri deyir.
Qaradağ rayonunda yaşayan əhalinin orta statistik alıcılıq qabiliyyətini də unutmayaq. Başqa amillər baxımından isə Qaradağ digər rayonlardan geri qalmır. Daşınmaz əmlak alqı-satqısı ilə bağlı əməliyyatların əksər hissəsi Bakının mərkəzi səmtləri ilə bağlıdır", - N.İbrahimov dedi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31