Maaşlar və pensiyalar artırılacaq

Gələn il Azərbaycanda maaşlar və pensiyalar artırılacaq.Lent.az-ın verdiyi məlumata görə, bunu maliyyə naziri Samir Şərifov söyləyib. Samir Şərifov deyib ki, maaş və pensiyaların artırılması, eləcə də digər sosial proqramlar son illərin dövlət büdcəsinin xarakterik xüsusiyyəti olub: "Hesab edirəm ki, bu ənənə növbəti ildə də davam etdriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31