İnsanların qəpik davası
Satış mərkəzlərində 1, 3 və 5 qəpiklik əskinaslar işləmir
29 Oktyabr 2012 12:37 İqtisadiyyatBakıda fəaliyyət göstərən ərzaq satışı mərkəzlərində maraqlı hadisələr baş verir. Satıcılar istehlakçılardan 1, 3 və 5 qəpikləri qəbul etmirlər. Buna səbəb kimi satıcılar da qalıq xırda qəpiklərin istehlakçılar tərəfindən qəbul edilmədiyini bildirirlər. Eyn iddia alıcılar tərəfindən satıcılara qarşı irəli sürülür. Yasamal rayonu Rahib Tağıyev ünvanında yerləşən kiçik marketdə işləyən satıcının sözlərinə görə sanki 1, 3 və 5 qəpiklik əskinaslar heç Azərbaycan pulu deyil. Hər halda əskinasların işləməməsi qarşılıqlıdır. Qəpiklərin işləməmisinin əsl səbəbi isə həmin pullara satış mərkəzlərindən adi kibrit çöpünün belə alınmasının mümkün olmamasıdır. Çünki, satış mərkəzlərinin əksəriyyətində ən satılan ən çox xırda məhsulun üzərinə 10 qəpik qiymət qoyulur.