15 çörəkbişirmə müəssisəsi 28 min manat cərimə edilib
24 Oktyabr 2012 16:48 İqtisadiyyatÖlkədə fəaliyyət göstərən 15 çörək istehsalı ilə məşğul olan təsərrüfat subyektinə 28000 manat məbləğində cərimə tətbiq edilib. Bu barədə məlumat verən Standartaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin şöbə müdiri Mənsim Babayevin sözlərinə görə, Xidmət tərəfindən son 4 ay ərzində 114 çörək istehsalı ilə məşğul olan təsərrüfat subyektində yoxlamalar aparılıb.Ümumilikdə ərzaq məhsullarının keyfiyyətinə nəzarət şöbəsi tərəfindən 12, Lənkəran Ərazi İdarəsi tərəfindən 22, Salyan Ərazi İdarəsi tərəfindən 10, Sumqayıt Ərazi İdarəsi tərəfindən 17, Yevlax Ərazi İdarəsi tərəfindən 12, Gəncə Ərazi İdarəsi tərəfindən 29, Şəki Ərazi İdarəsi tərəfindən 8 və Xaçmaz Ərazi İdarəsi tərəfindən 4 müəssisədə yoxlamalar aparılıb. Aparılmış yoxlamaların nəticəsi olaraq ciddi nöqsanlara yol vermiş 58 müəssisəyə müvafiq tələbnamələr verilməklə məhsul istehsalı və satışı qadağan edilib, 84 müəssisəyə aşkar olunmuş nöqsanların müəyyən olunmuş müddətdə aradan qaldırılması barədə iradnamə verilib.