İT və KİV mütəxəssisləri bir arada

14-17 may tarixlərdə Moskvada (Rusiya) "Svyaz Ekspokomm 2012" sərgisi keçiriləcək. Telekommunikasiya və informasiya texnologiyaları sahəsində Şərqi Avropada ən böyük və nüfuzlu tədbir hesab olunan "Svyaz Ekspokomm 2012" 30 ildən artıqdır ki, öz mövqeyini qoruyur. Nümayiş özündə təkcə rabitə, İT və KİV mütəxəssislərini birləşdirmir, həm də Rusiyanın yüksək texnologiyalar bazarını tam əks etdirir. Sərginin ekspozisiyası telekommunikasiya texnologiyaları və şəbəkələri, rabitə operatorlarının xidmətləri, informasiya sistemləri, proqram məhsulları və servisləri, mobil rabitə, məzmun və TV, İT xidmətlər, sistem inteqrasiyası, "WIMAX" və KİV bölmələrini əhatə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31