ARDNŞ: "Azəri-Çıraq-Günəşli"nin işlənməsi üzrə tərəfdaşlar neft hasilatını sabitləşdirəcəklər
24 Oktyabr 2012 20:18 İqtisadiyyatXəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə tərəfdaşlar 2013, 2014 və 2014-2024-cü illər üçün yataqda hasilat üzrə proqram hazırlayırlar. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, 2013-cü ildə yataqda neft hasilatı həcminin 33 milyon ton səviyyəsində sabitləşdirilməsi proqnozlaşdırılır.
"2014-cü ildə hasilat həcmi 35 milyon tonadək artırılacaq, 2014-2024-cü illərdə isə hasilat həcmi 33 milyon ton (sutkada 700 min barel) səviyyəsində sabitləşdiriləcək", - Abdullayev deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31