ARDNŞ-nin laboratoriyası İSO 17025 üzrə akkreditasiya sertifikatı alıb
23 Oktyabr 2012 19:47 İqtisadiyyatARDNŞ-nin Ekologiya İdarəsi Kompleks Tədqiqatlar Laboratoriyasının beynəlxalq standartların tələblərinə cavab verən laboratoriya kimi fəaliyyətini genişləndirmək istiqamətində işlər davam etdirilir.
Şirkətdən "Azadinform"a verilən məlumata görə, bu istiqamətdə görülən işlərin nəticəsi olaraq Laboratoriya Türk Akreditasiya Qurumu tərəfindən İSO/İEC 17025:2010 "Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər" standartına uyğun akkreditasiyadan keçib və içməli su, dəniz suyu, lay suyu, torpaq nümunələrində metalların analizi üzrə akkreditasiya attestatı alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31