İrandan Azərbaycana 30 min ton kartof ixrac edilib
23 Oktyabr 2012 14:11 İqtisadiyyatCari ilin ilk altı ayı ərzində (İranda il martın 21-də dəyişir) İranın Ərdəbil əyalətindən Azərbaycana 12 milyon 569 min dollar dəyərində 30 min ton kartof ixrac edilib. Bunu Ərdəbil əyalətinin gömrük idarəsinin baş direktoru Əliəsğər Abbaszadə deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.
Onun sözlərinə görə, həmin dövr ərzində 109 min dollar dəyərində 2560 ton pomidor, eləcə də bir milyon dollar dəyərində 3599 ton soğan Azərbaycanla yanaşı bəzi orta Asiya ölkələrinə ixrac edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31