Erməni məhsuluna QADAĞA
Avropa da, Rusiya da erməni məhsullarını qəbul etmir
23 Oktyabr 2012 13:38 İqtisadiyyatRusiya Ermənistandan ət məhsullarının idxalına tamamilə qadağa qoyub. Bunun səbəb isə uzun illər ərzində Rusiya sanitar xidmətinin mütəmadi olaraq bu Qafqaz ölkəsinin mal-qarasında dabaq xəstəliyinin olması haqda məlumat verir. Hərçənd ermənilər təkidlə bu xəstəliyin olmasını danırdılar, amma Avropa ölkələri də erməni məhsullarını qəbul etməkdən imtina ediblər.
Mətbuat yazır ki, keçən ilin sonunda ermənilər ət məhsullarını Fransaya ixrac etməyə cəhd göstəriblər, amma Bolqarıstanda gömrükdə bu məhsullar elə ilk yoxlama zamanı dərhal geri göndəriliblər.
Bu gün artıq Ermənistanın Səhiyyə Nazirliyi ölkədə "Sibir yarası"nın olması faktını təsdiqləyib. Ehtimal ki, Ermənistanda istehsal olunan bütün qida məhsullarını şlaqbaum gözləyir.