127 min ailəyə ÜSY verilir
23 Oktyabr 2012 13:10 İqtisadiyyat2012-ci ilin 9 ayının yekununa əsasən, 560 minə yaxın insanı əhatə edən 127 minə yaxın ailəyə Ünvanlı Sosial Yardım verilir. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına verdiyi müsahibədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov səsləndirib. Nazir bildirib ki, həmin ailələrə orta hesabla ayda 112 manat ödənilir: "Ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 2006-ci ildəki 30 manatla müqayisədə ötən müddətdə təxminən 3 dəfəyə yaxın artırılaraq cari ilin əvvəlindən 84 manata çatdırılıb. Həmçinin 2006-cı ildə ehtiyac meyarının yaşayış minimumuna nisbəti 51,7 faiz təşkil edirdisə, bu nisbət hazırda 77,8 faizə yüksəlib". Nazir bildirib ki, ünvanlı yardımların təyinatında subyektiv amillərin minimuma endirilməsi, bu sahədə şəffaflığın artırılması məqsədilə hazırda 27 rayonda icra olunan poçt və elektron qaydada alternativ müraciət mexanizmlərinin bütün ölkədə tətbiqi üçün işlər aparılır.