BP şirkəti payını satır
22 Oktyabr 2012 19:17 İqtisadiyyatBP-nin müdirlər heyəti TNK-BP şirkətindəki payın Rusiya dövlət neft şirkəti Rosneftə satılmasına razılıq verib. Razılığa əsasən, Rosneft BP-nin payı üçün 27 milyard dollar ödəyəcək.Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, BP TNK-bp-dəki payının 50 faizini nağd pul və səhmlərin kombinasiyası müqabilində satacaq. Britaniya şirkəti 11-13 milyard dollar arasında nağd pul və Rosneft şirkətinin səhmlərinin 15-20 faizini alacaq. Rosneftin səhmlərinin ümumi dəyəri 73.4 milyad dollar təşkil edir.
Bu tranzaksiya BP-ni Rosneftin səhmlərinə sahib olan ikinci ən böyük şirkət edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31