Gömrük sistemində aparılan islahatlar artıq öz müsbət nəticələrini verməyə başlayıb
24 Fevral 2016 16:22 İqtisadiyyatGömrük sistemində keçən ilin sonlarında aparılan islahatlar, artıq öz müsbət nəticələrini verməyə başlayıb". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə iqtisad elmləri doktoru Fikrət Yusofov çıxış edib. Onun spzlərinə görə, son zamanlar "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin iş adamları arasında keçirdiyi sorğu nəticəsində bəlli olub ki, idxalda inhisarçılıq aradan qaldırıldıqdan sonra yerli məhsulların istehsalı ilə məşğul olan müəssisələrin həmin məhsulları daxili bazarda reallaşdırmaq sahəsində heç bir problemi yoxdur: "Bu isə o deməkdir ki, onlar bundan sonra həmin məhsulların istehsalını daha da artırmaqda maraqlı olacaqlar. Digər tərəfdən bu məhsulların ixracı üçün də münbit şərait yaranır". Fikrət Yusifov bildirib ki, milli valyutanın məzənnəsinin yumşalması nəticəsində yerli xammal əsasında istehsal olunan əksər məhsullar artıq xarici bazarlarda kifayət qədər rəqabətqabiliyyətli ola biliblər: "Bu səbəbdən illərlədir ayrı-ayrı məhsulların idxalı ilə məşğul olan iş adamları indi ciddi olaraq həmin məhsulların istehsalını Azərbaycanda təşkil etmək haqqında düşünürlər. Artıq bu istiqamətdə konkret addımlar atmağa başlayanlar da az deyil".