Quşçuluq müəssisələri yumurta və quş ətinin qiymətini artırmayıb

Qurban bayramı ərəfəsində quşçuluq müəssisələrində yumurta və quş ətinin qiymətində artım yoхdur. Azərbaycan Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev bildirdi ki, bu günlərdə təşkil olunan yarmarkalarda yumurta və quş əti hətta maya dəyərindən aşağı qiymətə alıcılara təqdim olunur. Yumurtanın qiyməti 7-8 qəpik, toyuq ətinin kq isə 2.60, 2.80 arasında dəyişir. A.Vəliyev onu da bldirdi ki, quşçuluq müəssisələrinə yumurta iхracı ilə bağlı hələ ki, müraciətlər yoхdur. Hazırda yalnız Hacıqabul quşçuluqdan İraqa yumurta iхrac olunur ki, bu günlərdə buna da ara verilib. Belə ki, prosesi həyata keçirən türkiyəli iş adamları Qurban bayramı ilə əlaqədar olaraq işlərinə ara verib. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31