“Xamneft və neftin dünya bazarında 18 ayda 4 dəfədən çox ucuzlaşması büdcə gəlirlərini azaldıb”

Olaylar.az xəbər verir ki, Milli Məclisin plenar iclasında iştirak edən Maliyyə naziri Samir Şərifov belə deyib. Samir Şərifov qeyd edib ki, manatın ucuzlaşması infilyasiya təzyiqlərini artırıb: " Bu ərzaq məhsullarının qiymətlərini bahalaşdırıb. Büdcəyə düzəlişlər dünyada baş verən iqtisadi proseslərlə bağlıdır: "Həmçinin təlatümlü vəziyyət enerji daşıyıcıları bazarında təklifin tələbi üstələməsi və iri dövlətlər tərəfindən neftə olan tələbatın xeyli azalması ilə əlaqədardır. Bu isə inkişafda olan neft ölkələri üçün mənfi amillər yaradır. Bu səbəbdən Azərbaycan iqtisadiyyatı üçün də yeni çağırışlar yaranır. Şübhəsiz ki, bu reallıqlar ölkəmizə valyuta daxilolmasının kəskin azalmasına və tədiyyə balansının aşağı düşməsinə gətirib çıxarır. Bütün bu amillər dövlət büdcəsinə müəyyən düzəlişlər edilməsi zərurətini yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31