İndoneziya Azərbaycanla energetika üzrə əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır
19 Fevral 2016 18:26 İqtisadiyyatAzərbaycan və İndoneziya parlamentləri arasında sıx əlaqələr mövcuddur. Bunu Trend-ə İndoneziya parlamentinin sədr müavini Fahri Hamza deyib.
O, qeyd edib ki, İndoneziya enerji resurslarına, yeni texnologiyalara ehtiyacı olan böyük bazardır və ölkəsi bu sahələrdə əlaqələrin möhkəmləndirilməsində maraqlıdır: "Həmçinin ölkələrimiz arasında turist axınını artırmaq istəyirik. İndoneziyadan olan turistlər üçün vizanın ləğv edilməsi məsələsi də nəzərdən keçirilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31