Neft yenidən ucuzlaşıb


Aprelin 18-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,53 dollar və ya 1,5% azalaraq 1 barelə görə 102,67 dollar təşkil edib.
"APA-ECONOMICS"in məlumatına görə, aprelin 18-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,81 dollar və ya 0,7% azalaraq 117,97 dollar olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31