Manatın məzənnəsində müəyyən yumşalmalar baş verə bilər

Manatın üzən məzənnəyə keçməsindən sonra onun kəskin devalvasiyaya uğrayacağından danışmaq düzgün deyil". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov deyib ki, qarşıdakı aylarda dünya bazarlarında neftin qiymətlərinin aşağı düşməsi və ölkəyə daxil olan valyuta gəlirlərinin azalması səbəbindən manatın məzənnəsində də müəyyən yumşalmalar baş verə bilər: "Ancaq yaxşı olar ki, heç kəs bundan sonra neft qiymətlərinin necə dəyişəcəyinə proqnoz vermək məsuliyyətini öz üzərinə götürməsin. Çünkü bu qiymətlər aşağı düşdüyü kimi eyni qaydada da arta bilərlər. Belə bir artımın cari ilin ikinci yarısından sonra baş verəcəyi isə gözləniləndir. Deməli bu halda manatın məzənnəsinin sabit qalması və hətta bir qədər də möhkəmlənməsi də baş verə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31