Neftin qiyməti qəfil artdı

Dünya bazarlarında neftin qiymətinin sürətlə bahalaşması prosesi davam edir. Bu barədə  `TASS` xəbər verir. Bakı vaxtı ilə 10:16-ya olan məlumata görə, Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında Brent markalı neftin 2016-cı ilin aprel ayına olan fyuçersinin dəyəri 4,98%-ə bahalaşaraq 35,03 dollara çatıb. WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti hazırda ötən günlə müqayisədə 4,98% artaraq bir barel üçün 30,91 dollar təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31