Azərbaycanın qaz operatoru gücləndirilmiş iş rejiminə keçir
19 Oktyabr 2012 17:46 İqtisadiyyatBayram günlərində təbii qazdan istifadə edilməsinin artmasını nəzərə alaraq, "Azəriqaz" İstehsalat Birliyinin kollektivi qarşıdan gələn Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək.İB-dən Trend-ə verilən məlumata görə, Birlik yerli qaz istismar sahələrində abunəçilərə xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür.Bayram günlərində təbii qazdan istifadənin artması ilə əlaqədar ölkə daxilində təbii qaz fasiləsiz və tələbata uyğun olaraq təmin ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31