Nazir: "Bakı-Tiflis-Qars Qafqazın ən önəmli layihəsidir"
12 Fevral 2016 12:01 İqtisadiyyatBakı-Tiflis-Qars Dəmiryolu layihəsi ilə bağlı Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat və iqtisadiyyat nazirlərinin görüşü çərçivəsində ilk olaraq Gürcüstanın iqtisadiyyat naziri Dmitri Kumsişvili və Türkiyənin nəqliyyat, kommunikasiya və dənizçilik naziri Binəli Yıldırım arasında ikitərəfli görüş keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, görüş mətbuat nümayəndələri üçün qapalı olub. mGörüşdən sonra türkiyəli nazir jurnalistlərə deyib ki, Bakı-Tiflis-Qars dəmir yolunun problemləri və gələcəkdə istismarı ilə bağlı məsələlər müzakirə edilib: "Azərbaycanla Türkiyəni birləşdirən Bakı-Tiflis-Qars dəmir yolu layihəsi yekunlaşmaq üzrədir. Bu layihə Qafqaz regionunda ən önəmli layihədir".
Qeyd edək ki, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun da Gürcüstan və Türkiyədən olan həmkarları ilə ikitərəfli görüşü nəzərdə tutulub. Daha sonra Azərbaycan, Türkiyə və Gürcüstan nazirlərinin üçtərəfli görüşü baş tutacaq. Görüşün sonunda protokol imzalanacaq.