“Qaradağ-L1” saxta sement satışının qarşısı alındı

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 1968-ci məhəllədə Samir Məmmədova məxsus mağazada aparılan yoxlama zamanı  mənşəyi məlum olmayan sement satıldığı, satışda olan "Qaradağ-L1" adlı M-400 markalı sementin etiketində çəkinin 40kq1kq göstərildiyi halda, bəzi kisələrin faktiki çəkisinin etiket göstəricisindən 5-10% az olduğu müəyyən edilmişdir.
Qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir. 
Araşdırmalar davam edir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31