“Billur su”ya maliyyə sanksiyası tətbiq edildi

Məlumat verildiyi kimi,  Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsi, 35 ünvanında Nizameddin Yusuf Zergerə məxsus istehsalat sahəsində aparılan yoxlamalar zamanı "Billur su" adlı suların saxlama müddətinin heç bir normativ-texniki sənədə əsaslanmadan təyin edilməsi, suların etiketində qablaşdırılma tarixinin göstərilməməsi, habelə istehsal edilən suların insan istifadəsi üçün yararsız olması səbəbindən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sahibkar barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.
Dövlət Xidmətində işə baxılmış və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Nizameddin Yusuf Zergerə 2911 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31