Kürdəmirin iki kəndinin qaz təchizatı məhdudlaşdırılır
11 Fevral 2016 17:43 İqtisadiyyatFevralın 12-də saat 09:00-dan 19:00-dək "Qaz İxrac" İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Sığırlı" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə 2 kəndin - Kürdəmir rayonunun Sığırlı və Çöhranlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31