Tikintidə qiymətlər qalxıb

Bu ilin  I rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,1 faiz bahalaşıb. Rüb ərzində yerüstü tikililərdən yaşayış evlərinin və sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşıb. Yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,2 faiz, sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə qiymətlər 0,1 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşma qeydə alınıb.Rüb ərzində körpü tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31